Naxçıvanda sosial şəbəkələrdə dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Naxçıvanda “TikTok” və “Instagram” sosial şəbəkələrində kiber üsullarla 30-a yaxın vətəndaşın pul vəsaitlərini talayan, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Toğrul Ağazadə saxlanılıb.
Araşdırmalarla həmin şəxsin xarici ölkə vətəndaşının da etibarından sui-istifadə etməklə onun 17 min manatını dələduzluq yolu ilə əldə etdiyi aşkar olunub.
Faktlarla bağlı araşdırmalar aparılır.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45