Səbaildə 14 min manatlıq dələduzluq və avtomobil oğurluğu hadisələri aşkarlanıb
Agah.az xəbər verir ki, Səbail rayonu ərazisində dələduzluq yolu ilə vətəndaşlardan ümumilikdə 14 min manatdan çox pulun ələ keçirilməsi ilə bağlı polisə məlumatlar daxil olub.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Səbail Rayon Polis İdarəsi 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu cinayətləri törətməkdə şübhəli bilinən şəxslər – 34 yaşlı O.Qürbətli, 38 yaşlı Ə.Məhərrəmov və 45 yaşlı S.Cavadova saxlanılıb.
Bundan əlavə, rayon ərazisində iki avtomobildən mobil telefon və 480 manat dəyərində 4 ədəd təkərin oğurlanmasında şübhəli bilinən əvvəllər məhkum olunmuş 32 yaşlı T.Maksimov və 38 yaşlı E.Kazımov da saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
(055) 436-46-45