2024-cü ildə Ermənistanın mina terrorunda 41 nəfər zərər çəkib

2024-cü ildə Ermənistanın mina terrorunda 41 nəfər zərər çəkib
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Baş prokuror Kamran Əliyev 2024-cü ildə prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, istintaq işləri və prokuror nəzarəti sahəsində görülən işləri müzakirə etmək məqsədilə Baş Prokurorluqda keçirilən geniş kollegiya iclasında ətraflı məlumat verib.

Baş prokuror bildirib ki, 2024-cü ildə 41 nəfər mina və hərbi sursat partlayışlarının qurbanı olub. Onlardan 5-i həlak olub, 36 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Kamran Əliyev həmçinin vurğulayıb ki, 2020-ci ilin noyabr ayından indiyə qədər mina və hərbi sursat partlayışlarından 382 nəfər zərər çəkib. Bu şəxslərdən 70-i həlak olub, 312 nəfər isə müxtəlif bədən xəsarətləri alıb.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45