Erməni əsilli şəxslərin hərbi cinayətlərinə dair məhkəmə davam edir

Erməni əsilli şəxslərin hərbi cinayətlərinə dair məhkəmə davam edir
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, bu gün hərbi cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəmə iclası Bakı Hərbi Məhkəməsində davam edəcək. Prosesdə təqsirləndirilənlər Ermənistan və onun yaratdığı qanunsuz silahlı birləşmələr tərəfindən Azərbaycana və azərbaycanlılara qarşı törədilmiş hərbi cinayətlərdə ittiham olunurlar.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçiriləcək iclasda ötən prosesdə verilən vəsatətlər üzrə qərarlar elan ediləcək və işin məhkəmə baxışına verilib-verilməməsi müzakirə olunacaq.

Təqsirləndirilənlər arasında Arayik Harutyunyan, Ruben Vardanyan və digər 13 nəfər yer alır. Onlara qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müharibə qanunlarını pozma, soyqırımı, terrorçuluq və digər ağır cinayət maddələri ilə ittihamlar irəli sürülüb.

Qeyd edək ki, ötən məhkəmə iclasında Ruben Vardanyan iş materialları ilə tanış olmaq üçün vaxt istəyib və məhkəmə ona əlavə 10 gün müddət verib.

Məhkəmə prosesi Bakı Hərbi Məhkəməsinin yeni inzibati binasında keçirilir və hazırda araşdırmalar davam edir.

Açar sözlər: Ruben Vardanyan, Arayik Harutyunyan, Bakı məhkəməsi, hərbi cinayətlər, Azərbaycan, Ermənistanın təcavüzü, qanunsuz silahlı birləşmələr.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45