Sumqayıtda dərmandan zəhərlənən şəxs həyatını itirdi
Agah.az xəbər verir ki, Sumqayıt şəhərində dərmandan zəhərlənmə nəticəsində bir nəfər həyatını itirib.
Məlumata görə, 1966-cı il təvəllüdlü Ramiz Pirqulu oğlu Piriyev Sumqayıt şəhər Ruhi Əsəb Xəstəlikləri Dispanserində qəbul etdiyi dərman həblərindən zəhərlənib. Vəziyyəti ağırlaşan şəxs dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilsə də, aparılan bütün müalicə tədbirlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Açar sözlər: dərman zəhərlənməsi, Ramiz Piriyev, Sumqayıtda ölüm, dərman qəbulundan fəsad, təcili yardım hadisəsi.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45