Boliviyada Venesuela səfirliyi atəşə tutuldu
Agah.az xəbər verir ki, Boliviyanın paytaxtı La-Pasda yerləşən Venesuela səfirliyi yanvarın 26-da səhər saatlarında naməlum silahlı şəxslər tərəfindən gülləbaran edilib. Hücum zamanı səfirlik binasının fasadı zərər görüb.
Boliviyanın xarici işlər naziri Selinda Sosa baş verən hadisəni qəti şəkildə pisləyərək, Venesuela diplomatlarının hüquq və toxunulmazlığını pozan bu vandalizm aktına qarşı ölkə hakimiyyətinin sərt mövqedə olduğunu bildirib.
Nazir həmçinin cinayətkarların səfirlik binasını odlu silahdan dəfələrlə atəşə tutduğunu və hadisə ilə bağlı dərhal araşdırmaya başlandığını qeyd edib.
Boliviya hökuməti səfirliklərin təhlükəsizliyinin təmin olunması üçün əlavə tədbirlər görəcəyini bildirib.
Açar sözlər: Venesuela səfirliyi, Boliviyada diplomatik hücum, La-Pasda vandalizm, Selinda Sosa, səfirlik binası atəşə tutuldu.
(055) 436-46-45