Dağlıq ərazilərdə 13 dərəcəyədək şaxta qeydə alınıb – FAKTİKİ HAVA

Dağlıq ərazilərdə 13 dərəcəyədək şaxta qeydə alınıb – FAKTİKİ HAVA
Dostuna göndər xəbərdən agah olsun:

Saat 10:00-a olan məlumata əsasən hava şəraiti bəzi şərq rayonlarında arabir yağıntılı olub.

 

ETSN-in Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yağıntının miqdarı Lənkəranda 3, Biləsuvar, Cəlilabad, Astarada 1 mm-dək olub.

 

Sumqayıt, Culfa, Gəncə, Şəmkir, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Tərtər, Yevlax, Göyçay, Sabirabad, Cəfərxan, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 200-500 metrədək məhdudlaşıb.

 

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7, Aran rayonlarında 8 dərəcəyədək isti, Naxçıvan MR və dağlıq rayonlarda 5, yüksək dağlıq ərazilərdə isə 13 dərəcəyədək şaxta qeydə alınıb.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45