Masallıda kişini maşın vurub öldürdü

AGAH.AZ  lent.az-a istinadən xəbər verir ki, hadisə Yeddioymaq kəndində baş verib. 64 yaşlı Rəhimov Sakit Əsgər oğlu idarə etdiyi “Hyundai Azero” markalı avtomobillə yolu keçən 65 yaşlı Abdullayev Xanağa Xanoğlan oğlunu vurub. Nəticədə o, aldığı xəsarətlərdən şəhərdəki yerləşən özəl klinikaların birində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş, agah et!