Dövlət Gömrük Komitəsi ötən ilin büdcə öhdəliyini 3,3 % artıq yerinə yetirib

Dövlət Gömrük Komitəsi ötən ilin büdcə öhdəliyini 3,3 % artıq yerinə yetirib
Dostuna göndər xəbərdən agah olsun:

Ötən il Dövlət Gömrük Komitəsi (DGK) dövlət büdcəsinə 6 milyard 648 milyon 703 min manat vəsait köçürüb, bu isə illik proqnoza nisbətən 213 milyon 700 min manat və ya 3,3 % çoxdur.

 

Bu barədə Dövlət Gömrük Komitəsinin 2024-cü il ərzindəki fəaliyyətinin yekunlarına həsr olunan Kollegiya iclasında məlumat verilib.

 

Həmçinin, qeyd edilib ki, ötən il ərzində 35255 hüquqpozma faktı aşkarlanıb, bunlardan 1278-i cinayət xarakterli, 33977-i inzibati xəta faktlarıdır.

 

Hesabat ilində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 96 fakt aşkar olunub və ümumilikdə 379 kq 127 qram narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları qanunsuz dövriyyədən çıxarılıb.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45