Türkiyədə 78 nəfərin öldüyü otelin sahibi həbs edilib

Türkiyədə 78 nəfərin öldüyü otelin sahibi həbs edilib
Dostuna göndər xəbərdən agah olsun:

Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda baş verən yanğında 78 nəfərin öldüyü “Grand Kartal” otelinin sahibi və meneceri məhkəmə qərarı ilə həbs edilib.

 

Məlumatı “HaberGlobal” yayıb.

 

Qeyd olunub ki, otel sahibi Halit Ergül və menecer Emir Aras cinayət işi üzrə istintaq çərçivəsində həbs edilib.

 

Türkiyənin dağ-xizək kurortunda baş verən yanğınla bağlı aparılan istintaq çərçivəsində ümumilikdə 14 nəfər saxlanılıb.

 

İstirahət mərkəzində yanğın yanvarın 21-nə keçən gecə baş verib. Yanğın zamanı oteldə ümumilikdə 238 qonaq olub.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45