HƏMAS sabah azad edəcəyi qadın girovların adlarını açıqlayıb

HƏMAS sabah azad edəcəyi qadın girovların adlarını açıqlayıb
Dostuna göndər xəbərdən agah olsun:

Fələstinin HƏMAS radikal hərəkatı yanvarın 25-də azad etməyi planlaşdırdığı 4 qadın girovun adını açıqlayıb.

 

Bu barədə TASS məlumat yayıb.

 

Bildirilir ki, onlar İsrail ordusunda xidmət edirdilər.

 

“İsraillə mübadilə sazişi çərçivəsində biz 25 yanvarda hərbçilər – Karina Ariyev, Daniela Gilboa, Naama Levi və Liri Albaqı azad etməyi qərara aldıq”, – məlumatda qeyd edilib.

Dostuna göndər xəbərdən agah olsun: