AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqatın ilkin nəticələri açıqlanacaq
Agah.az xəbər verir ki, AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı aparılan təhqiqatın ilkin nəticələri gələn həftə ictimaiyyətə təqdim ediləcək. Bu barədə Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev məlumat verib.
Kanat Bozumbayev təhqiqatın hələ də davam etdiyini və ilkin nəticələrin növbəti həftə açıqlanacağını vurğulayıb. Xatırladaq ki, hadisə dekabrın 25-də baş verib və qəza nəticəsində çoxsaylı insan itkiləri qeydə alınıb.
Açar sözlər: AZAL təyyarə qəzası, Aktau qəza təhqiqatı, Qazaxıstan təyyarə araşdırması, AZAL ilkin nəticələr, Qazaxıstanda təyyarə qəzası.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45