Binəqədidə kafeyə basqın: Gözətçiyə hücum edən şəxs saxlanıldı

Binəqədidə kafeyə basqın: Gözətçiyə hücum edən şəxs saxlanıldı
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində kafeyə quldurluq basqını edilib. Hadisə yanvarın 23-də baş verib. Naməlum şəxs kafeyə daxil olaraq gözətçiyə dəmir parçası ilə xəsarət yetirib və onu talayıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı polisə dərhal məlumat daxil olub. Polis əməkdaşlarının operativ tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 37 yaşlı R.Məhərrəmov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər: Binəqədidə kafeyə basqın, kafeyə quldurluq, Biləcəri qəsəbəsində quldurluq, gözətçiyə hücum, R.Məhərrəmov saxlanıldı.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45