Bakı-Qroznı reysində baş verən təyyarə qəzası: Son vəziyyət

Bakı-Qroznı reysində baş verən təyyarə qəzası: Son vəziyyət
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsinin 2024-cü ilin dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alan 4 nəfərin stasionar müalicəsi davam etdirilir. Reanimasiya şöbəsinə yerləşdirilən 1 nəfərin vəziyyəti ağır stabildir, digər 3 nəfərin isə vəziyyəti qənaətbəxş olaraq qiymətləndirilir.

Səhiyyə Nazirliyi və TƏBİB-in birgə məlumatına əsasən, Yeni Klinikaya hospitalizasiya olunan 17 yaralıdan 13-ü artıq evə buraxılıb və ambulator müalicə alır. Pasiyentlərin əsas diaqnozları arasında kəllə-beyin travmaları, sınıqlar, əzilmələr, tənəffüs çatışmazlığı və digər ciddi travmalar yer alır. Üç nəfərin üzərində cərrahi əməliyyat icra edilib.

Qəza nəticəsində təyyarədə olan 67 sərnişindən 38-i həlak olub, 29-u isə sağ qalıb. Hadisədən dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə Baş nazir Əli Əsədovun rəhbərliyi altında Dövlət Komissiyası yaradılıb. Prezident İlham Əliyev həlak olan ekipaj üzvlərini Milli Qəhrəman adı ilə, xəsarət alan ekipaj üzvlərini isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edib.

Hadisənin səbəblərinin araşdırılması davam edir. Azərbaycan Prezidentinin göstərişi ilə qəzanın baş verdiyi 26 dekabr tarixi ölkədə matəm günü elan olunmuşdu.

Açar sözlər: Bakı-Qroznı təyyarə qəzası, AZAL Aktau qəzası, Aktau şəhəri yaxınlığında qəza, xəsarət alan sərnişinlər, AZAL sərnişin təyyarəsi, İlham Əliyevin tapşırığı, Milli Qəhrəman təltifi, təyyarə qəzası nəticələri.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45