Mənzil İnşaatı Dövlət Agentliyi auditor seçib
Mənzil İnşaatı Dövlət Agentliyi 2024-cü il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin auditi ilə bağlı elan etdiyi kotirovka sorğularına yekun vurub.
“Report” dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi “Nexia Azerbaijan” QSC-dir.
Qalib şirkətə 30 680 manat ödəniləcək.
Xatırladaq ki, ötən il də bu tenderin qalibi “Nexia Azerbaijan” olub. Şirkətə 29 500 manat ödənilib.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45