Tramp: ABŞ-nin neft və qaz hasilatını artırması onu supergüc edəcək

Tramp: ABŞ-nin neft və qaz hasilatını artırması onu supergüc edəcək
Dostuna göndər xəbərdən agah olsun:

ABŞ Prezidenti Donald Tramp ölkədə neft və qaz hasilatını artırmaq niyyətindədir. Dövlət başçısı ümid edir ki, bu, ölkəni istehsalçı super gücə çevirəcək.

O bunu Davosda keçirilən Dünya İqtisadi Forumunun iştirakçılarına videobağlantı vasitəsilə danışarkən deyib.

“Birləşmiş Ştatlar Yer kürəsinin istənilən ölkəsi arasında ən böyük neft və qaz ehtiyatlarına malikdir və biz onları istismar etmək niyyətindəyik. Bu, nəinki faktiki olaraq bütün mal və xidmətlərin qiymətlərini aşağı salacaq, həm də ABŞ-ni istehsal sahəsində supergücə çevirəcək” – o, əlavə edib.

Xatırladaq ki, Tramp daha əvvəl administrasiyasının ölkədə karbohidrogen hasilatını artırmaq üçün addımlar atacağını və külək enerjisinin inkişafından imtina edəcəyini deyib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45