Əmlak Məsələləri Dövlət Xidməti büdcəyə ödəmələri iki dəfə artırıb
Bu ilin yanvar-avqust aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) dövlət büdcəsinə 111 milyon manat vəsait köçürüb.
Bu barədə qurum xəbər verib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.
8 aylıq ödənişin 89,2 milyon manatı özəlləşdirmə, 21,8 milyon manatı isə icarə hesabına təmin edilib. Bunlar isə 1 il əvvələ nisbətən 2,3 dəfə və 1,3 dəfə çoxdur.
Hesabat dövründə Dövlət Xidməti 40 özəlləşdirmə hərracı (11,1 % az) keçirib. Həmin hərraclarda 9 səhmdar cəmiyyətinin (35,7% az) səhm paketi, 13 kiçik dövlət müəssisəsi (18,2% çox), 3 yarımçıq tikili (50% çox), 361 nəqliyyat vasitəsi (3,7% az) özəlləşdirilib. Hərraca çıxarılmış dövlət əmlakları üzrə 195 elektron sifariş (27,8% az) qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 40 onlayn qoşulma (42% az) reallaşıb.
Ötən 8 ayda 2 161 yeni icarə müqaviləsi (24,1% az) bağlanılıb. İcarə müqavilələrindən 541-i qeyri-yaşayış (21,1% az), 1 620-si isə torpaq sahələrinə (28,35%) aid olub.
(055) 436-46-45