İlham Əliyev Ərdoğana zəng edib, başsağlığı verib

İlham Əliyev Ərdoğana zəng edib, başsağlığı verib
Dostuna göndər xəbərdən agah olsun:

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 23-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

 

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

 

Dövlət başçısı Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin otelində baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana dərin hüznlə başsağlığı verib.

 

O, bu dəhşətli faciədə həlak olanlara Uca Allahdan rəhmət diləyib və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıb.

 

Prezident İlham Əliyev yanvarın 21-də faciə ilə əlaqədar Türkiyə Prezidentinə başsağlığı məktubu göndərdiyini də qeyd edib.

 

Türkiyə Prezidenti diqqətə və başsağlığına görə minnətdarlığını bildirib və qeyd edib ki, Türkiyə və Azərbaycan daim bir-birilərinin yanındadırlar, bundan sonra da həmişə belə olacaqdır.

 

Telefon danışığı əsnasında dövlət başçıları ikitərəfli münasibətlərin müxtəlif sahələrinə dair fikir mübadiləsi aparıblar.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45