Bakının mərkəzində tapılan 10 min manat sahibinə qaytarıldı
Agah.az xəbər verir ki, bir neçə gün əvvəl Bakının Səbail rayonundakı Bakı İdman Sarayında beynəlxalq basketbol yarışları zamanı polis əməkdaşları tərəfindən tapılan 10 min manat sahibinə qaytarılıb. Məlum olub ki, pul Azərbaycanın sabiq basketbolçusu, “Quba” komandasının məşqçisi Zaur Paşayevə məxsusdur.
Hadisə zamanı Zaur Paşayev “Quba” komandasının əməkhaqqısını aldıqdan sonra təsadüfən pulları pilləkəndən enərkən itirib. Pul polis əməkdaşları tərəfindən tapılıb və dərhal sahibinin axtarışına başlanılıb. Zaur Paşayev bildirib ki, polis işçilərinin operativ hərəkəti nəticəsində pullar ona təhvil verilib və o, bu jestə görə minnətdarlığını ifadə edib.
Məlumata görə, elm və təhsil naziri, Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev tapılan pulu sahibinə qaytaran polis serjantı Nahid Zahid oğlu Abidovu fəxri diplomla mükafatlandırıb. Diplom polis əməkdaşına federasiyanın icraçı vitse-prezidenti Fərrux Mahmudov tərəfindən təqdim edilib.
Qeyd edək ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev sosial şəbəkədə paylaşım etmiş, paylaşımın ardından sahib tapılmışdı.
Açar sözlər: Bakı İdman Sarayı, Zaur Paşayev, 10 min manat, polis əməkdaşı, tapılan pul, Emin Əmrullayev, Basketbol Federasiyası.
(055) 436-46-45