Türkiyədə birgünlük matəm elan olunub
Agah.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra ölkədə baş verən faciəli yanğın səbəbilə birgünlük matəm elan edib.
Ərdoğan yanğın nəticəsində həyatını itirənlərin yaxınlarına başsağlığı verib və hadisəyə məsuliyyət daşıyan şəxslərin, o cümlədən işlərində səhlənkarlığa yol verənlərin qanun qarşısında cavab verəcəyini bildirib.
Xatırladaq ki, yanğın Bolu bölgəsinin Kartalkaya xizək mərkəzindəki hoteldə baş verib. Hadisə nəticəsində 66 nəfər həyatını itirib, 51 nəfər isə yaralanıb.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45