İlham Əliyev Türkiyədəki faciə ilə bağlı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Agah.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Bolu vilayətinin Kartalkaya Xizək Mərkəzindəki oteldə baş verən yanğınla bağlı başsağlığı məktubu ünvanlayıb.
Məktubda İlham Əliyev baş vermiş faciənin Azərbaycan xalqını dərin hüznə boğduğunu qeyd edərək, həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralılara şəfa diləyib.
Məktubda deyilir:
“Hörmətli cənab Prezident, əziz Qardaşım. Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin hotelində baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması xəbəri bizi olduqca sarsıtdı. Bu faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm. Allah rəhmət eləsin!”
Xatırladaq ki, yanvarın 21-də baş verən yanğın nəticəsində 66 nəfər həyatını itirib, 51 nəfər yaralanıb.
Açar sözlər: İlham Əliyev başsağlığı, Türkiyədə yanğın, Kartalkaya Xizək Mərkəzi, Ərdoğan başsağlığı, Bolu faciəsi.
(055) 436-46-45