Bakıda ödəmə terminalından 13 min manatdan çox pul oğurlanıb
Agah.az xəbər verir ki, Sabunçu rayonunda marketlərin birində quraşdırılmış ödəmə terminalından 13 min manatdan artıq pul və digər əşyalar oğurlanıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib. Məlum olub ki, saxlanılan H.Ovçiyev əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunub.
Hazırda faktla bağlı araşdırma davam edir.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45