İqtisadiyyat Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib

İqtisadiyyat Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
Dostuna göndər xəbərdən agah olsun:

İqtisadiyyat Nazirliyinin kollektivi 20 Yanvar – Ümumxalq Hüzn Gününün 35-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

Bu barədə Agah.az  İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Bildirilib ki, müstəqilliyimiz, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi dərin hörmət və minnətdarlıqla yad olunub, məzarları üzərinə gül dəstələri qoyulub.

1990-cı il yanvarın 20-si qəhrəman Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. Bu tarix milli oyanış prosesini sürətləndirib, Azərbaycan dövlətinin müstəqilliyinin bərpasında mühüm rol oynayıb. 20 Yanvar xalqımızın tarixi yaddaşında əbədi iz buraxıb, şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daima yaşayacaq.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45