Əməkdar artist Mövsüm Hüseynov dünyasını dəyişib
Agah.az xəbər verir ki, tanınmış aktyor, Azərbaycanın əməkdar artisti Mövsüm Hüseynov uzun sürən xəstəlikdən sonra vəfat edib.
Məlumatı Sumqayıt Dövlət Dram Teatrı təsdiqləyib. Mövsüm Hüseynov 1958-ci il iyunun 13-də Laçın rayonunda dünyaya gəlib. O, Sumqayıt Dövlət Musiqili Dram Teatrı, Azərbaycan Dövlət Musiqili Komediya Teatrı və Bakı Bələdiyyə Teatrında çalışaraq sənətə böyük töhfələr verib.
Xatırladaq ki, Mövsüm Hüseynov 16 oktyabr 2018-ci ildə “Azərbaycanın əməkdar artisti” fəxri adına layiq görülüb.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45