Xəzər dənizində zəlzələ baş verib
Agah.az xəbər verir ki, Xəzər dənizində 3,1 maqnitudalı zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 07:22-də baş verib. Zəlzələ ocağı 17 kilometr dərinlikdə yerləşib.
Hadisə nəticəsində itki və ya dağıntı barədə məlumat daxil olmayıb.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45