Fransa səfiri 20 Yanvar şəhidlərinin xatirəsini anıb

Agah.az xəbər verir ki, Fransanın Azərbaycandakı səfiri Ann Buayon 20 Yanvar – Ümummilli Hüzn Günü ilə bağlı Şəhidlər xiyabanını ziyarət edib.
Diplomat bu barədə sosial şəbəkə hesabında paylaşım edərək yazıb:
“Qara Yanvar faciəsinin 35-ci ildönümünü qeyd edən bu matəm günündə Avropalı həmkarlarımla birlikdə 1990-cı ilin Yanvar hadisələri qurbanlarının xatirəsini hüznlə yad edirik.”