Azərbaycan əhalisinin sayı 10 milyon 222 mini keçib

Agah.az xəbər verir ki, Azərbaycan əhalisinin sayı ötən ilin əvvəlindən 41 min 232 nəfər və ya 0,4 faiz artaraq 2024-cü il dekabrın 1-nə 10 milyon 222 min 2 nəfərə çatıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, əhalinin:
- 54,5 faizi şəhər,
- 45,5 faizi kənd sakinlərindən ibarətdir.
Cins tərkibi üzrə isə kişilər əhalinin 49,8 faizini, qadınlar isə 50,2 faizini təşkil edir.