Gəncədə antisanitar şəraitdə fəaliyyət göstərən quş əti müəssisəsi bağlandı

Gəncədə antisanitar şəraitdə fəaliyyət göstərən quş əti müəssisəsi bağlandı
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Gəncə şəhəri, Z.Əliyeva küçəsi 281 ünvanında yerləşən quş əti emalı müəssisəsində yoxlama aparıb.

Araşdırma zamanı müəssisədə ciddi nöqsanlar aşkar edilib. Belə ki, xammalın qəbulu, saxlanması və emalı üçün uyğun avadanlıq və sahələrin olmadığı, emal prosesinin antisanitar vəziyyətdə eyni yerdə həyata keçirildiyi, məhsulların yerdən yığılaraq saxlandığı müəyyən olunub. Bundan əlavə, işçilərin tibbi müayinədən keçmədiyi faktı qeydə alınıb.

Qanunsuz emal olunan məhsulların satışının qarşısı alınıb, nümunələr laborator müayinələrə göndərilib. Eyni zamanda, sahibkar barəsində inzibati protokol tərtib edilərək müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Açar sözlər: Gəncə quş əti müəssisəsi, antisanitar şərait, qida təhlükəsizliyi pozuntusu, qanunsuz quş əti emalı, müəssisənin bağlanması.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45