Sərxoş sürücü polisi hədələdi, sürücülük hüququnun olmadığı ortaya çıxdı

Sərxoş sürücü polisi hədələdi, sürücülük hüququnun olmadığı ortaya çıxdı
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Bakı-Qazax avtomobil yolunun Ağdaş rayonu ərazisində VAZ markalı avtomobilin sürücüsü Vahid Xaspoladov qayda pozuntusuna görə Yol Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma zamanı Vahid Xaspoladovun avtomobili idarə etmək hüququnun olmadığı və alkoqollu vəziyyətdə olduğu müəyyən edilib. O, tibbi müayinədən keçməkdən imtina edib və məsuliyyətdən yayınmaq üçün polis əməkdaşlarına tabesizlik göstərərək avtomobilini yandıracağı ilə hədələyib.

Hadisə ilə bağlı müvafiq sənədləşdirmə aparılıb və V.Xaspoladov ərazi polis orqanına təhvil verilib. Məhkəmənin qərarı ilə o, 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Açar sözlər: sərxoş sürücü həbs edildi, avtomobili yandırmaqla hədə, Ağdaş rayonu hadisəsi, sürücülük hüququ olmadan avtomobil idarəsi, yol polisi əməliyyatı.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45