Hərbi hissələrdə gənc əsgərlərlə görüşlərə məhdudiyyət tətbiq olundu
Agah.az xəbər verir ki, qış mövsümündə respirator virus infeksiyalarının artması ilə əlaqədar gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə hərbi hissələrdə onlarla görüşlərə müvəqqəti məhdudiyyət tətbiq edilib.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, hərbi hissələrin qapalı və məhdud ünsiyyət şəraitində olması hərbi qulluqçuların sağlamlığını qorumaq üçün effektiv qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə şərait yaradır. Komandir-rəis heyəti və tibb personalı tərəfindən şəxsi heyətlə maarifləndirici söhbətlər aparılır, düzgün qidalanma, fərdi gigiyena qaydalarına riayət etməyin vacibliyi vurğulanır və kompleks profilaktik tədbirlər görülür.
Nazirlik qeyd edir ki, bu tədbirlərin effektivliyi nəzərə alınaraq ictimaiyyətə hərbi qulluqçuların sağlamlığına həssaslıqla yanaşmaq, məhdudiyyəti anlayışla qəbul etmək və hərbi hissələrə gəlməmək xahiş olunur.
Açar sözlər: hərbi hissələrdə görüş məhdudiyyəti, gənc əsgərlərin sağlamlığı, qış mövsümü respirator viruslar, Müdafiə Nazirliyinin tədbirləri, profilaktik tədbirlər hərbi hissələrdə.
(055) 436-46-45