Bakıdakı şadlıq sarayında saxta alkoqollu içkilər aşkarlandı
Agah.az xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Sabunçu rayonu, Sülh küçəsi, ev 4D ünvanında fəaliyyət göstərən “Bəyaz” şadlıq sarayında aparılan yoxlama zamanı saxta alkoqollu içkilər aşkarlanıb.
Araşdırmalar zamanı müəssisədə qida təhlükəsizliyi tələblərinin pozulduğu və qida təhlükəsizliyi reyestrindən çıxarışı olmadan fəaliyyət göstərdiyi müəyyən edilib. Həmçinin, 62 ədəd hər biri 700 ml olan “Organic” əmtəə nişanlı premium araqlarının üzərində saxtalaşdırma əlamətləri aşkar edilib. Bu məhsulların qanunvericiliyə uyğun olaraq dolğun şəkildə markalanmadığı məlum olub.
Uyğunsuz məhsullardan nümunələr götürülərək laboratoriya analizinə təqdim edilib. Agentlik saxta və istifadəyə yararsız məhsulların dövriyyədən çıxarılmasını təmin edib. Faktla bağlı müvafiq tədbirlər görülüb, araşdırmalar davam etdirilir.
Açar sözlər: Bakı şadlıq sarayı yoxlama, saxta alkoqollu içkilər, qida təhlükəsizliyi pozuntuları, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, “Bəyaz” şadlıq sarayı araşdırma.
(055) 436-46-45