Bakı metrosunda təhlükəsizliklə bağlı xəbərdarlıq: Yoluna düşməyin, stansiya işçilərinə xəbər verin
Agah.az xəbər verir ki, Bakı Metropoliteni QSC sərnişinlərə təhlükəsizlik qaydalarını bir daha xatırladıb. Qurumun məlumatına görə, əşyası təsadüfən stansiya yoluna düşənlər, bu əşyanı özləri götürməyə çalışmamalı, dərhal stansiya işçisinə məlumat verməlidirlər.
Metropolitenin statistik məlumatlarına əsasən, 2024-cü ildə 33 sərnişin əşyasını götürmək üçün stansiya yoluna düşüb və bu səbəbdən 2 nəfər ehtiyatsızlıqdan yıxılaraq həyatını itirib, 1 nəfər isə ağır xəsarət alıb. Qatarın stansiyaya daxil olduğu anlarda 3 nəfər təhlükəli şəkildə rels yoluna düşüb, nəticədə 2 nəfər həyatını itirib.
Bundan başqa, stansiya yoluna əşya atan 19 nəfər cərimələnib, ümumilikdə isə 374 nəfər İnzibati Xətalar Məcəlləsinə əsasən protokol tərtib edilib. Qaydalara görə:
- Dəmir yoluna hər hansı əşya atmağa görə 200 AZN cərimə tətbiq olunur.
- Özbaşına dəmir yoluna düşməyə görə 50 AZN cərimə nəzərdə tutulub.
Metropoliten rəhbərliyi sərnişinləri bu qaydalara ciddi əməl etməyə çağırır.
(055) 436-46-45