Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti auditor seçir

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti auditor seçir
Dostuna göndər xəbərdən agah olsun:

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti 2024-cü il üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

Sorğuda iştirak haqqı 102 manatdır.

İddiaçılar təkliflərini fevralın 4-nə qədər Xidmətin yerləşdiyi Zəngilan şəhərindəki ofisə təqdim edə bilərlər.

Təkliflərə fevralın 4-ü, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.

Xidmətin 2023-cü il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı kotirovka sorğusunun qalibi “VXA-Audit” MMC olub. Qalib şirkətə 17 140 manat ödənilib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45