10-cu sinif şagirdi evlənmək məqsədilə qaçırıldı, ailəsinə təhvil verildi
Agah.az xəbər verir ki, Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sözçüsü Teymur Mərdanoğlu bildirib ki, Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzi, Goranboy Rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsinin nümayəndələri hadisə ilə bağlı hər iki ailənin yaşadığı ünvana baş çəkib.
Qız və oğlan polis şöbəsinə aparılaraq izahatları alınıb, hər iki ailəyə mövcud qanunvericiliklə bağlı məlumat verilib. Məlumata əsasən, nikah yaşına çatmadığı üçün qız ailəsinə təhvil verilib. Hazırda istintaq bölməsində araşdırmalar davam edir.
Qeyd edək ki, hadisə ötən gün axşam saatlarında Goranboy şəhərində qeydə alınıb. Goranboy şəhər 1 saylı tam orta məktəbin 10-cu sinif şagirdi, 2007-ci il təvəllüdlü Leyla Qasımova (şərti ad) 21 yaşlı sevdiyi oğlan tərəfindən evlənmək məqsədilə qaçırılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun sözlərinə görə, məsələ ilə bağlı araşdırmalar davam edir və nəticələrə əsasən hüquqi qiymət veriləcək.
Açar sözlər: Goranboyda şagirdin qaçırılması, nikah yaşı, qızın ailəsinə qaytarılması, hüquqi araşdırma, Goranboy Rayon Polis Şöbəsi.
(055) 436-46-45