Sumqayıtda yanıq xəsarətləri alan qadın xəstəxanada həyatını itirdi
Agah.az xəbər verir ki, Sumqayıt şəhərində üç gün öncə baş verən yanğın hadisəsində ağır xəsarət alan 71 yaşlı Solmaz Əjdər qızı Məcidova xəstəxanada dünyasını dəyişib.
Hadisə Yaşıl Dərə yaşayış massivində qeydə alınıb. Ehtiyatsızlıq nəticəsində yanıq xəsarətləri alan qadın dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, həkimlərin bütün səylərinə baxmayaraq, bu gün həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Açar sözlər: Sumqayıt, yanğın, yanan qadın, ehtiyatsızlıq, ölüm, xəstəxana, yanıq xəsarətləri.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45