Ötən il Bakıda baş verən cinayətlərin 88,8 faizi açılıb

Ötən il Bakıda baş verən cinayətlərin 88,8 faizi açılıb
Dostuna göndər xəbərdən agah olsun:

2024-cü il ərzində Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları üzrə cəmi 14 min 925 cinayət hadisəsi qeydiyyata alınıb ki, onların 88,8 %-nin açılması təmin olunub.

 

Bu barədə Bakı şəhər prokurorluğu tərəfindən 2024-cü il üzrə görülmüş işlərin yekunu ilə bağlı əməliyyat müşavirəsində deyilib.

 

Bildirilib ki, 2024-cü il ərzində Bakı şəhər prokurorluq orqanlarında 649 cinayət işinin ibtidai istintaqı aparılmış və həmin cinayət işlərindən 194-nün istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib.

 

Habelə hesabat dövründə prokurorluq orqanları tərəfindən istintaq edilmiş cinayət işləri üzrə müəyyən edilmiş 16 milyon 979 min 167 manat maddi ziyandan 12 milyon 425 min 84 manatının (73,2%) ödənilməsi təmin olunub.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45