İstanbulda saxta spirtli içkidən zəhərlənmə: Ölənlərin sayı 19-a çatdı
Agah.az xəbər verir ki, İstanbulda saxta spirtli içkidən zəhərlənmə səbəbindən ölənlərin sayı 19 nəfərə çatıb. “TRT Haber” telekanalının məlumatına əsasən, son 72 saat ərzində tibbi yardıma müraciət edən 46 nəfərdən üçü evə buraxılıb, lakin 43 nəfərin müalicəsi davam edir.
Hadisə ilə bağlı “qəsdən adam öldürməyə cəhd” maddəsi üzrə cinayət işi açılıb. İstintaq çərçivəsində iki şübhəli Türkmənistan vətəndaşı saxlanılıb.
Bu arada, Özbəkistanın İstanbuldakı Baş Konsulluğu saxta spirtli içkidən ölən özbəkistanlıların sayının beşdən altıya yüksəldiyini, qurbanlar arasında bir qadının da olduğunu açıqlayıb.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45