Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik yenidən uzadıldı
Agah.az xəbər verir ki, Ukrayna Ali Radası ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin daha üç ay müddətinə uzadılmasına qərar verib. Bu barədə deputat Yaroslav Jeleznyak məlumat yayıb.
Hərbi vəziyyətin uzadılmasına 315, ümumi səfərbərliyin davam etdirilməsinə isə 310 deputat səs verib.
Bu, Ukraynada hərbi vəziyyətin və ümumi səfərbərliyin uzadılması ilə bağlı qəbul edilən 14-cü qərardır. Yeni müddətə əsasən, hərbi vəziyyət və ümumi səfərbərlik 2025-ci il fevralın 8-dən mayın 9-dək qüvvədə olacaq.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45