Nərimanovda narkotik əməliyyatı: 11 kiloqram narkotik və silah-sursat aşkarlandı

Nərimanovda narkotik əməliyyatı: 11 kiloqram narkotik və silah-sursat aşkarlandı
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsinin və ərazi polis şöbələrinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və odlu silah-sursatın aşkar edilməsi istiqamətində genişmiqyaslı əməliyyatlar keçirib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, əməliyyat nəticəsində 40 yaşlı Danial Alıyev, 35 yaşlı Nizami Bayramov, 34 yaşlı Nicat Əlizadə, 37 yaşlı Cəlil İsmayılov və daha 7 nəfər saxlanılıb. Ümumilikdə, onlardan 11 kiloqram tiryək, marixuana, metamfetamin və 100 ədəd psixotrop tərkibli təsiredici həb götürülüb.

Nizami Bayramov, Nicat Əlizadə və Cəlil İsmayılovdan əlavə olaraq 1 ədəd “AKM” avtomatı, 1 ədəd “Makarov” tapançası, 8 ədəd patron və patron darağı da aşkar edilib.

Məlum olub ki, bu şəxslər narkotikləri şəxsiyyəti istintaqla müəyyənləşdirilən İran vətəndaşlarının vasitəsi ilə əldə edərək paytaxt ərazisində satışını təşkil etməyi planlaşdırıblar.

Bundan başqa, Nərimanov rayonunda aparılan profilaktik tədbirlər zamanı 1 ədəd “Kalaşnikov” avtomatı tapılıb, vətəndaşlar isə könüllü şəkildə 6 tüfəngi polisə təhvil veriblər.

Faktlarla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırmalar davam edir.

Açar sözlər: Nərimanov, narkotik əməliyyatı, tiryək, marixuana, metamfetamin, odlu silah, İran vətəndaşları, polis əməliyyatı.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45