Lənkəranda itkin düşən balıqçıların axtarışları davam edir
Agah.az xəbər verir ki, Lənkəran rayonunun Siyavar kəndi ərazisində itkin düşən balıqçıların axtarışları fasiləsiz şəkildə davam etdirilir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən verilən məlumata görə, itkin düşən şəxslərin tapılması üçün bütün mümkün vasitələr səfərbər edilib.
Xatırladaq ki, 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayev və 1968-ci il təvəllüdlü Nazim Səməd oğlu Abbasov balıq tutmaq məqsədilə Siyavar kəndindən dənizə çıxıblar. Lakin dumanlı hava şəraiti səbəbindən onların qayığının istiqamətini dəyişdiyi və itkin düşdüyü ehtimal olunur.
Axtarış əməliyyatları həm sahilboyu, həm də dənizdə xüsusi texnika və mütəxəssislərin iştirakı ilə davam etdirilir.
Açar sözlər: Lənkəran, itkin balıqçılar, Siyavar kəndi, dumanlı hava, FHN, axtarış əməliyyatı.
(055) 436-46-45