Rusiyada “Su-34” qırıcısı qəzaya uğrayıb

Dostuna göndər xəbərdən agah olsun:

Rusiyanın Voronej vilayətində “Su-34” qırıcısı qəzaya uğrayıb.

TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“20 sentyabr 2023-cü ildə Voronej vilayətində “Su-34” təyyarəsi planlaşdırılmış təlim uçuşu zamanı qəzaya uğrayıb. Təyyarədəki iki nəfər katapult edib. Onların sağlamlığı üçün heç bir təhlükə yoxdur”, – Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Təyyarə əhalinin məskunlaşdığı ərazilərdən uzaqda qəzaya uğrayıb. Heç bir dağıntı yoxdur. Uçuş döyüş sursatı olmadan həyata keçirilib. O da qeyd edilib ki, qəzaya səbəb texniki nasazlıq ola bilər.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)