DTX Azərbaycanda sui-qəsd planlaşdıran şəxsləri saxladı

DTX Azərbaycanda sui-qəsd planlaşdıran şəxsləri saxladı
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycanda fəaliyyət göstərən dini icmalardan birinin üzvünə qarşı terror aktı planlaşdıran Gürcüstan vətəndaşı Aqil Göycə oğlu Aslanov və Azərbaycan vətəndaşı Ceyhun Şahin oğlu İsmayılov saxlanılıb.

Məlumata görə, Aqil Aslanov 2024-cü ilin sentyabr ayında üçüncü ölkədə olarkən həmin ölkənin xüsusi xidmət orqanlarının nümayəndələri ilə görüşüb. Onlar Aqil Aslanova Azərbaycanda olan dini icma üzvünü hədəfə alaraq sui-qəsd təşkil etməyi təklif ediblər. Bu əməliyyatın həyata keçirilməsi üçün Aslanova ilkin olaraq 2 min ABŞ dolları avans ödənilib və 200 min ABŞ dolları mükafat vəd edilib.

Aqil Aslanov Bakı şəhərinə gələrək Ceyhun İsmayılovla birgə hədəfə alınan dini icma üzvü barədə məlumat toplayıb və bu məlumatları xarici xüsusi xidmət orqanlarına ötürüb.

Faktla bağlı DTX tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb və məhkəmə tərəfindən hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Açar sözlər: DTX əməliyyatı, terror aktının qarşısı alındı, Aqil Aslanov həbs, Ceyhun İsmayılov saxlanıldı, Azərbaycanda təhlükəsizlik tədbirləri.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45