Zaqatalada 29 yaşlı qadın dəm qazından zəhərlənərək həyatını itirdi

Agah.az xəbər verir ki, Zaqatalanın Yengiyan kəndində dəm qazı səbəbindən faciəvi hadisə baş verib. Yanvarın 13-ü axşam saatlarında 1995-ci il təvəllüdlü kənd sakini Asya Natiq qızı Babayeva yaşadığı evin hamam otağında dəm qazından boğularaq həyatını itirib.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Açar sözlər: Zaqatala dəm qazı zəhərlənməsi, Yengiyan kəndi faciə, dəm qazından ölüm, Asya Babayeva, qadın ölümləri.