Paytaxt yollarında 2012 yol-nəqliyyat hadisəsi qeydə alınıb

Paytaxt yollarında 2012 yol-nəqliyyat hadisəsi qeydə alınıb
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına əsasən, ötən il ərzində paytaxt yollarında videomüşahidə kameralarının köməyi ilə 2012 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu hadisələrlə bağlı dərhal Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına məlumat ötürülüb.

Yol qəzalarının başlıca səbəbləri arasında yüksək sürətlə avtomobil idarə edilməsi, ara məsafəsinə əməl olunmaması və yol nişanlarının tələblərinin pozulması xüsusi yer tutur. Bu amillər təkcə qəzaların deyil, həm də yol hərəkətində sıxlıqların yaranmasının əsas səbəbləridir.

Bundan əlavə, ötən il ərzində texniki nasazlıq səbəbilə 2244 nəqliyyat vasitəsi yollarda qalıb və bu, digər avtomobillərin sərbəst hərəkətinə mane olub.

Sıxlıqları azaltmaq və nəqliyyat axınının intensivliyini təmin etmək üçün Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən 56 küçə və prospektdə 75.933 dəfə “yaşıl dalğa” rejimi tətbiq edilib. Yol hərəkəti iştirakçılarının rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə bu istiqamətdə işlər davam etdirilir.

Açar sözlər: yol qəzaları statistikası, Bakı yollarında qəzalar, texniki nasazlıq səbəbi ilə sıxlıq, yaşıl dalğa rejimi, yol hərəkətinin idarə olunması, DİN Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45