“Azəristiliktəchizat” auditor seçir
“Azəristiliktəchizat” ASC 2024-cü ili üzrə konsolidə edilmiş maliyyə hesabatlarının auditi üçün açıq tender elan edib.
Tenderdə iştirak haqqı 37 manatdır.
İddiaçılar təkliflərini fevralın 6-na qədər səhmdar cəmiyyətinin yerləşdiyi Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 3 ünvanına təqdim edə bilərlər.
Təkliflərə fevralın 6-da, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45