Serbiya Prezidenti Azərbaycana təşəkkürünü bildirib

Serbiya Prezidenti Azərbaycana təşəkkürünü bildirib
Dostuna göndər xəbərdən agah olsun:

Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycana təşəkkürünü bildirib.

Bu barədə Serbiya lideri sosial şəbəkədə yazıb.

“Azərbaycandan olan qardaş və dostlarımız məni məlumatlandırdılar ki, fors-major səbəbindən yaranan obyektiv problemlərə baxmayaraq, Serbiyaya qaz təchizatı dayandırılmayacaq. Azərbaycana və tezliklə Belqradda böyük səbirsizliklə gözlədiyim Prezident İlham Əliyevə sonsuz təşəkkürümü bildirirəm”, – dövlət başçısı qeyd edib.

Xatırladaq ki, daha əvvəl “AnewZ” hökumət mənbələrinə istinadən Azərbaycandan Serbiyaya qaz nəqlinin ikiaylıq dayandırılması ilə bağlı xəbərlərin həqiqəti əks etdirmədiyini bildirmişdi.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45