Bakıda mənzildən çürümüş meyit tapılıb
Agah.az xəbər verir ki, Bakının Nizami rayonu ərazisində yerləşən bir mənzildə çürümüş meyit aşkarlanıb.
Uzun müddət mənzil sahibini görməyən və pis qoxu hiss edən qonşular hüquq-mühafizə orqanlarına məlumat veriblər. Xilasedicilər tərəfindən qapının açılması nəticəsində mənzildə 70 yaşlı Cəsarət Səddar oğlu Əliyevin meyiti tapılıb. Meyitin üzərində çürümə əlamətləri müşahidə edilib.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45