Gəncədə Kəlbəcər sakini bıçaqlanıb
Agah.az xəbər verir ki, Gəncə şəhərində məcburi köçkünlər üçün salınmış qəsəbədə bıçaqlanma hadisəsi baş verib. Şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Kəlbəcər rayon sakini, 1991-ci il təvəllüdlü M.Əhmədzadə bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs, Ağdam rayon sakini, 1986-cı il təvəllüdlü P.Qasımov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45