Bakıda yolun ortasında dava baş verdi
Agah.az xəbər verir ki, Bakının Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən Lütfi Zadə küçəsində yolun ortasında dava baş verib.
Naməlum şəxslər küçədə avtomobillərin hərəkətinə mane olaraq davaya başlayıblar. Hadisənin dəqiq səbəbləri hələlik məlum deyil.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov məsələ ilə bağlı görüntülərdən məlumatlı olduqlarını qeyd edib. Onun sözlərinə görə, insidentdə iştirak edən şəxslərin müəyyənləşdirilməsi istiqamətində araşdırma davam etdirilir.
Açar sözlər: Bakıda dava, yolun ortasında insident, Əhmədli qəsəbəsi xəbərləri, Xətai rayonu xəbərləri.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45