Masazırda müştərini döyən kababçıya cəza verildi
Agah.az xəbər verir ki, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Babanın Kafesi” restoranında müştərini döyən kababçı cəzalandırılıb.
Hadisə zamanı restoranda kababçı işləyən, 1982-ci il təvəllüdlü Tural Hüseynov (soyad şərti) müştəri Hikmət adlı şəxsi döyüb. Mübahisə müştərinin səhərə qədər canlı musiqi və xidmət tələb etməsi nəticəsində yaranıb. Kababçı Tural, müştərinin bu tələbini rədd edərək, ona yumruqla vurub və yerə yıxıb.
Məsələ ilə bağlı Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə iş açılıb və məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Tural Hüseynova 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. Cəza müddətində o, elektron qolbaq taxacaq.
Açar sözlər: Masazır hadisəsi, kababçı ilə müştəri mübahisəsi, Babanın Kafesi, azadlığın məhdudlaşdırılması, elektron qolbaq cəzası.
(055) 436-46-45